Description
——-
——-
Bloknot şirkətə özünəməxsus qaydada hazırlanır və içərisində qeydlər aparmaq üçün rahat vasitə hesab olunur.
Firma blankı
Firma blankı şirkətdən xaric olan məktubları korporativ qaydada hər hansı bir yerə göndərilməsi üçün nəzərdə tutulur. Eyni zamanda arxasına nömrə əks olunması ilə şirkət öz qeydiyyatını həyata keçirir və bu blankın saxtalaşdırılımasının qarşısını alır.
A4 (297 mm x 210 mm) ölçüsündə, 120 qr., 160 qr. növ kağızlarda birüzlü rəngli çap olunur və istəkdən asılı olaraq arxa tərəfinə nömrə çap olunur.
Poster hər hansı bir xəbərin daha geniş kütləyə çatdırılması üçün nəzərdə tutulur. Eyni zamanda posterlərdən şirkətin tanıtımı, hər hansı bir məhsulunun reklam olunması üçün istifadə olunan vasitə hesab olunur.
Poster
A3 (297 mm x 420 mm), A4 (297 mm x 210 mm) və s. ölçülərdə, 130 qr. – 350 qr. növ kağızlarda 100, 300, 500, 1000 və s. say üzrə çap olunur və stəkdən asılı olaraq qatlanma, laminasiya, seçmə lak və s. işlər həyata keçirilir.
Buklet şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı bir qədər ətraflı məlumat əldə etmək, eyni zamanda maarifləndirmə vasitəsi kimi istifadə olunan reklam vasitəsidir.
A4 (210 x 297 mm) ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 500, 1000, 2500, 5000 və s. say üzrə çap olunur və istəkdən asılı olaraq qatlanma, laminasiya, seçmə lak və s. işlər həyata keçirilir.
Vizitkart şəxsin və yaxud şirkətin əlaqə vasitələri üçün nəzərdə tutulan vasitədir.
Vizitkart – lazer çapı
350 qr. matt kağızda, 100, 200 və s. say üzrə iküzlü rəngli çap olunur
Vizitkart – offset çapı
350 qr. matt kağızda, 500 və 1000 ədəd olmaqla iküzlü rəngli çap və matt laminasiya olunur