Description
——-
——-
Ajanda hər bir şəxs tərəfindən fərdi qaydada istifadə olunur və şəxsin məlumatları, gündəlik görüləcək işlər və s. qeydlərin aparılması üçün əlverişli vasitədir. Rəng seçimi və üzərində loqonun əks olunması ajandanın görünüşünün daha gözəl olması üçün vacib elementlərdir.
A5+ (240 mm x 140 mm) ölçüsündə, müxtəlif rənglərdə, iç hissəsi təqvimlə, üz qabığı dəriəvəzləyici materialda, UV çap və ya basqı üsulu ilə zərvərəqlə yazılır.
Bloknot şirkətə özünəməxsus qaydada hazırlanır və içərisində qeydlər aparmaq üçün rahat vasitə hesab olunur.
Kataloq şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı daha ətraflı məlumat vermək etmək üçün istifadə olunan reklam vasitəsidir. Kataloqun ölçüsü daha çox A4 formatında olur və səhifələrin sayı məlumatın həcmindən asılı olaraq dəyişir. Lakin zövqdən və dizayndan asılı olaraq istənilən ölçüdə kataloqun hazırlanması mümkündür.
Kataloqun üz qabığının kağızının çəkisi adətən 250 qr., 300 qr. kağızda, matt və ya parlaq laminasiya, istəkdən asılı olaraq seçmə lak, iç vərəqləri 130 qr., 150 qr. kağızda, ikiüzlü rəngli olur, son olaraq səhifə sayından asılı olaraq stepler və ya termoyapışqan üsulu ilə bərkidilir.
Flayer şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı kiçik məlumat əldə etmək üçün istifadə olunan reklam vasitəsidir. Flayerin ölçüsü nisbətən kiçik olduğundan məlumat həcmi bir qədər yığcam olur.
Flayer (210 mm x 100 mm)
210×100 mm ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 1000, 5000, 10.000, və s. say üzrə çap olunur. Eyni zamanda istəkdən asılı olaraq xüsusi kəsimlə hazırlamaq mümkündür.
Masaüstü təqvimdə şirkətin loqosu, əlaqə vasitələri və s. yığcam şəkildə qeyd olunur və eyni zamanda vərəqlərin üzərindəki şəkillərin gözəl olması təqvimin ümumi görünüşünün vacib göstəricilərindən biri sayılır.
Təqvim stölüstü – bristol dayaqla
A5 (148 mm x 210 mm), dayaq 300 gr bristol kağızında, 7 və ya 15 vərəqli, iç vərəqləri rəngli, 150 qr., 170 qr., 200 qr. və s. növdə çap olunur.