Description
——-
——-
Vizitkart şəxsin və yaxud şirkətin əlaqə vasitələri üçün nəzərdə tutulan vasitədir.
Vizitkart – lazer çapı
350 qr. matt kağızda, 100, 200 və s. say üzrə iküzlü rəngli çap olunur
Zərf sənədləri daşımaq üçün səliqəli və etibarlı məhsul sayılır. Eyni zamanda üzərində loqo ilə çap olunan zərf şirkətin daha məsuliyyətli və önəmli olduğunun göstəricisidir.
A4+ (240 mm x 320 mm), A5+ (160 mm x 230 mm), diplomat (110 mm x 220 mm) və s., ölçülərdə, 100, 200, 300, 500 və s. say üzrə 110 qr.kağızda, rəngli və ya ağ qara çap ilə hazırlanır.
Təqvim divar üçün
A2, A3, A4 və s. ölçülərdə, bir neçə hissədən ibarət, rəngli çap olunur, istəyə uyğun laminasiya etmək də mümkündür
Buklet şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı bir qədər ətraflı məlumat əldə etmək, eyni zamanda maarifləndirmə vasitəsi kimi istifadə olunan reklam vasitəsidir.
A4 (210 x 297 mm) ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 500, 1000, 2500, 5000 və s. say üzrə çap olunur və istəkdən asılı olaraq qatlanma, laminasiya, seçmə lak və s. işlər həyata keçirilir.
Poster hər hansı bir xəbərin daha geniş kütləyə çatdırılması üçün nəzərdə tutulur. Eyni zamanda posterlərdən şirkətin tanıtımı, hər hansı bir məhsulunun reklam olunması üçün istifadə olunan vasitə hesab olunur.
Poster
A3 (297 mm x 420 mm), A4 (297 mm x 210 mm) və s. ölçülərdə, 130 qr. – 350 qr. növ kağızlarda 100, 300, 500, 1000 və s. say üzrə çap olunur və stəkdən asılı olaraq qatlanma, laminasiya, seçmə lak və s. işlər həyata keçirilir.
Liflet şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı orta səviyyədə məlumat əldə etmək üçün istifadə olunan reklam vasitəsidir.
Liflet
210 x 200 mm ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 500, 1000, 2500, 5000 və s. say üzrə çap olunur və istəkdən asılı olaraq qatlanma, laminasiya, xüsusi kəsim və s. işləri həyata keçirilir.