Description
——-
——-
Zərf sənədləri daşımaq üçün səliqəli və etibarlı məhsul sayılır. Eyni zamanda üzərində loqo ilə çap olunan zərf şirkətin daha məsuliyyətli və önəmli olduğunun göstəricisidir.
A4+ (240 mm x 320 mm), A5+ (160 mm x 230 mm), diplomat (110 mm x 220 mm) və s., ölçülərdə, 100, 200, 300, 500 və s. say üzrə 110 qr.kağızda, rəngli və ya ağ qara çap ilə hazırlanır.
Firma blankı
Firma blankı şirkətdən xaric olan məktubları korporativ qaydada hər hansı bir yerə göndərilməsi üçün nəzərdə tutulur. Eyni zamanda arxasına nömrə əks olunması ilə şirkət öz qeydiyyatını həyata keçirir və bu blankın saxtalaşdırılımasının qarşısını alır.
A4 (297 mm x 210 mm) ölçüsündə, 120 qr., 160 qr. növ kağızlarda birüzlü rəngli çap olunur və istəkdən asılı olaraq arxa tərəfinə nömrə çap olunur.
Flayer şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı kiçik məlumat əldə etmək üçün istifadə olunan reklam vasitəsidir. Flayerin ölçüsü nisbətən kiçik olduğundan məlumat həcmi bir qədər yığcam olur.
Flayer (210 mm x 100 mm)
210×100 mm ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 1000, 5000, 10.000, və s. say üzrə çap olunur. Eyni zamanda istəkdən asılı olaraq xüsusi kəsimlə hazırlamaq mümkündür.
Təqvim divar üçün
A2, A3, A4 və s. ölçülərdə, bir neçə hissədən ibarət, rəngli çap olunur, istəyə uyğun laminasiya etmək də mümkündür
Qovluq içərisinə sənəd, zərf və s. qoyulması üçün nəzərdə tutulan vasitədir. Eyni zamanda üzərində loqo, əlaqə nömrələri, ünvan və s. əks olunan qovluqlar şirkətin tanıtımı üçün də istifadə olunur.
Qovluq
300 qr. bristol kağızında, 100, 200, 300, 500 və s. say üzrə birüzlü və ya ikiüzlü çap və laminasiya olunur, içəri hissəsinə sənədlərin qoyulması üçün ciblik yapışdırılır.