Description
——-
——-
Flayer şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və yaxud xidmət sahələri ilə bağlı kiçik məlumat əldə etmək üçün istifadə olunan reklam vasitəsidir. Flayerin ölçüsü nisbətən kiçik olduğundan məlumat həcmi bir qədər yığcam olur.
Flayer (210 mm x 100 mm)
210×100 mm ölçüsündə, ikiüzlü, rəngli çap, müştərinin istəyindən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 1000, 5000, 10.000, və s. say üzrə çap olunur. Eyni zamanda istəkdən asılı olaraq xüsusi kəsimlə hazırlamaq mümkündür.
Masaüstü təqvimdə şirkətin loqosu, əlaqə vasitələri və s. yığcam şəkildə qeyd olunur və eyni zamanda vərəqlərin üzərindəki şəkillərin gözəl olması təqvimin ümumi görünüşünün vacib göstəricilərindən biri sayılır.
Təqvim stölüstü – bristol dayaqla
A5 (148 mm x 210 mm), dayaq 300 gr bristol kağızında, 7 və ya 15 vərəqli, iç vərəqləri rəngli, 150 qr., 170 qr., 200 qr. və s. növdə çap olunur.
Kitablar şirkətin əməkdaşlarının daha rahat şəkildə qeydiyyat işlərini həyata keçirilməsi üçün istifadə olunur.
Qeydiyyat kitabı
A4 (297 mm x 210 mm) və ya A5 (210 x 148 mm) ölçüsündə,
Karton və ya yumşaq cildlə, iç kağızı rəngli və ya ağ qara çap ilə, 80 qr. offset kağızında olmaqla sapla tikiş aparatı ilə xüsusi üsulla tikilib hazırlanır. Kitablar 1, 5, 10, 50 və s. saylar üzrə hazırlanır.
Təqvim divar üçün
A2, A3, A4 və s. ölçülərdə, bir neçə hissədən ibarət, rəngli çap olunur, istəyə uyğun laminasiya etmək də mümkündür
Vizitkart – offset çapı
350 qr. matt kağızda, 500 və 1000 ədəd olmaqla iküzlü rəngli çap və matt laminasiya olunur
Kağız çanta şirkətin tanıtımı, eyni zamanda çap olunan və yaxud hazırlanan digər məhsulları içərisində daşınması üçün istifadə olunan məhsuldur.
Kağız çanta
A4, A5, A6 və s. ölçülərdə, 230 qr. bristol kağızında 100, 200, 300, 500 və s. say üzrə ikiüzlü rəngli çap və laminasiya olunur. Çantanın ipləri istəkdən asılı olaraq sadə ağ və ya müxtəlif rənglərdə olur.