Description
——-
——-
Kağız çanta şirkətin tanıtımı, eyni zamanda çap olunan və yaxud hazırlanan digər məhsulları içərisində daşınması üçün istifadə olunan məhsuldur.
Kağız çanta
A4, A5, A6 və s. ölçülərdə, 230 qr. bristol kağızında 100, 200, 300, 500 və s. say üzrə ikiüzlü rəngli çap və laminasiya olunur. Çantanın ipləri istəkdən asılı olaraq sadə ağ və ya müxtəlif rənglərdə olur.
Masaüstü təqvimdə şirkətin loqosu, əlaqə vasitələri və s. yığcam şəkildə qeyd olunur və eyni zamanda vərəqlərin üzərindəki şəkillərin gözəl olması təqvimin ümumi görünüşünün vacib göstəricilərindən biri sayılır.
Təqvim stölüstü – bristol dayaqla
A5 (148 mm x 210 mm), dayaq 300 gr bristol kağızında, 7 və ya 15 vərəqli, iç vərəqləri rəngli, 150 qr., 170 qr., 200 qr. və s. növdə çap olunur.
Bloknot şirkətə özünəməxsus qaydada hazırlanır və içərisində qeydlər aparmaq üçün rahat vasitə hesab olunur.
Format A4 (297 mm x 210 mm) və ya A5 (210 x 148 mm) ölçüsündə, üz qabığı 300 qr. kağızda, matt və ya parlaq laminasiya ilə, iç kağızı 50 vərəqli, qr. gr offset kağızında birüzlü, ikiüzlü, rəngli və ya ağ-qara çap ilə, metal yayla bərkidilir.
Poster hər hansı bir xəbərin daha geniş kütləyə çatdırılması üçün nəzərdə tutulur. Eyni zamanda posterlərdən şirkətin tanıtımı, hər hansı bir məhsulunun reklam olunması üçün istifadə olunan vasitə hesab olunur.
Poster
A3 (297 mm x 420 mm), A4 (297 mm x 210 mm) və s. ölçülərdə, 130 qr. – 350 qr. növ kağızlarda 100, 300, 500, 1000 və s. say üzrə çap olunur və stəkdən asılı olaraq qatlanma, laminasiya, seçmə lak və s. işlər həyata keçirilir.