Description
——-
——-
Firma blankı
Firma blankı şirkətdən xaric olan məktubları korporativ qaydada hər hansı bir yerə göndərilməsi üçün nəzərdə tutulur. Eyni zamanda arxasına nömrə əks olunması ilə şirkət öz qeydiyyatını həyata keçirir və bu blankın saxtalaşdırılımasının qarşısını alır.
A4 (297 mm x 210 mm) ölçüsündə, 120 qr., 160 qr. növ kağızlarda birüzlü rəngli çap olunur və istəkdən asılı olaraq arxa tərəfinə nömrə çap olunur.
Format A4 (297 mm x 210 mm) və ya A5 (210 x 148 mm) ölçüsündə, üz qabığı 300 qr. kağızda, matt və ya parlaq laminasiya ilə, iç kağızı 50 vərəqli, qr. gr offset kağızında birüzlü, ikiüzlü, rəngli və ya ağ-qara çap ilə, metal yayla bərkidilir.
Ajanda hər bir şəxs tərəfindən fərdi qaydada istifadə olunur və şəxsin məlumatları, gündəlik görüləcək işlər və s. qeydlərin aparılması üçün əlverişli vasitədir. Rəng seçimi və üzərində loqonun əks olunması ajandanın görünüşünün daha gözəl olması üçün vacib elementlərdir.
A5+ (240 mm x 140 mm) ölçüsündə, müxtəlif rənglərdə, iç hissəsi təqvimlə, üz qabığı dəriəvəzləyici materialda, UV çap və ya basqı üsulu ilə zərvərəqlə yazılır.
Vizitkart – offset çapı
350 qr. matt kağızda, 500 və 1000 ədəd olmaqla iküzlü rəngli çap və matt laminasiya olunur
Kağız çanta şirkətin tanıtımı, eyni zamanda çap olunan və yaxud hazırlanan digər məhsulları içərisində daşınması üçün istifadə olunan məhsuldur.
A4, A5, A6 və s. ölçülərdə, 230 qr. bristol kağızında 100, 200, 300, 500 və s. say üzrə ikiüzlü rəngli çap və laminasiya olunur. Çantanın ipləri istəkdən asılı olaraq sadə ağ və ya müxtəlif rənglərdə olur.