Təsvir
Vizitkart və ya şirkətlər üçün əlaqə vasitələri üçün saxlanılır.
Vizitkart – lazer çapı
350 qr. mat kağızda, 100, 200 və s. say üzrə iküzlü rəngli çap olunur
₼1.00
Vizitkart və ya şirkətlər üçün əlaqə vasitələri üçün saxlanılır.
Vizitkart – lazer çapı
350 qr. mat kağızda, 100, 200 və s. say üzrə iküzlü rəngli çap olunur
Ajanda hər bir şəxs tərəfindən fərdi qaydada istifadə olunur və saxlanılması, gündəlik görüləcək işlər və s. qeydlərin istehlak üçün enerji. Rəng seçimi və loqonun əks olunması ajandanın görünüşünün daha gözəl olması üçün vacib elementlərdir.
A5+ (240 mm x 140 mm) ölçüsündə, müxtəlif rənglərdə, iç hissə təqvimlə, üz qabığı dəriəvəzedici materialda, UV çap və ya basqı üsulla zərvərəqlə yazılır.
Firma blankı
Firma blankı şirkətindən xaric olan məktubları korporativ qaydada hər hansı bir yerə göndərilməsi üçün saxlanılır. Eyni zamanda arxasına nömrə qoyulması ilə şirkət öz qeydiyyatını aşkar edir və bu blankın saxtalaşdırılmasının qarşısını alır.
A4 (297 mm x 210 mm) ölçüsündə, 120 qr., 160 qr. növ kağızlarda birüzlü rəngli çap olunur və istəkdən asılı olaraq arxa tərəfinə nömrə çap olunur.
Təqvim divar üçün
A2, A3, A4 və s. ölçülərdə, bir neçə hissədən ibarət, rəngli çap olunur, istəyə uyğun laminasiya etmək də mümkündür
Zərf sənədləri daşımaq üçün səliqəli və etibarlı məhsul hesab olunur. Eyni zamanda, loqo ilə çap olunan zərf şirkətin daha məsuliyyətli və əhəmiyyətli olduğunun göstəricisidir.
A4+ (240 mm x 320 mm), A5+ (160 mm x 230 mm), diplomat (110 mm x 220 mm) və s., ölçülərdə, 100, 200, 300, 500 və s. say üzrə 110 qr.kağızda, rəngli və ya ağ qara çap ilə hazırlanır.
Kağız çanta şirkəti tanıtımı, eyni zamanda çap olunan və ya hazırlanmış başqa məhsul istehsalı üçün istifadə olunan məhsuldur.
Kağız çanta
A4, A5, A6 və s. ölçülərdə, 230 qr. bristol kağızında 100, 200, 300, 500 və s. say ikiüzlü rəngli çap və laminasiya olunur. Çantanın ipləri istəkdən asılı olaraq sadə ağ və ya müxtəlif rənglərdə olur.
Kataloq şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və ya xidmət sahələri ilə bağlı daha ətraflı məlumat vermək üçün istifadə olunan reklamdır. Kataloqun ölçüsü daha çox A4 formatında olur və səhifələrin sayı məlumatın həcmindən asılı olaraq dəyişir. Lakin zövqdən asılı olaraq istənilən ölçüdə dizaynın hazırlanması mümkündür.
Kataloqun üz qabığının kağızının çəkisi 250 qr., 300 qr. kağızda, matt və ya parlaq laminasiya, istəkdən asılı olaraq seçmə lak, iç vərəqləri 130 qr., 150 qr. kağızda, ikiüzlü rəngli olur, son olaraq səhifə sayından asılı olaraq stepler və ya termoyapışqan üsulu ilə bərkidilir.