Təsvir
Bloknot şirkətinə uyğunməxsus qaydada hazırlanır və qeydlər etmək üçün rahat vasitə hesab olunur.
₼1.00
Bloknot şirkətinə uyğunməxsus qaydada hazırlanır və qeydlər etmək üçün rahat vasitə hesab olunur.
A4 (297 mm x 210 mm) və ya A5 (210 x 148 mm) ölçüsündə, üz qabığı 300 qr. kağızda, mat və ya parlaq laminasiya ilə, iç kağızı 50 vərəqli, 80 qr.offset kağızında birüzlü, ikiüzlü, rəngli və ya ağ-qara çap ilə, perforasiya ilə, termoyapışqan olunur.
Firma blankı
Firma blankı şirkətindən xaric olan məktubları korporativ qaydada hər hansı bir yerə göndərilməsi üçün saxlanılır. Eyni zamanda arxasına nömrə qoyulması ilə şirkət öz qeydiyyatını aşkar edir və bu blankın saxtalaşdırılmasının qarşısını alır.
A4 (297 mm x 210 mm) ölçüsündə, 120 qr., 160 qr. növ kağızlarda birüzlü rəngli çap olunur və istəkdən asılı olaraq arxa tərəfinə nömrə çap olunur.
Zərf sənədləri daşımaq üçün səliqəli və etibarlı məhsul hesab olunur. Eyni zamanda, loqo ilə çap olunan zərf şirkətin daha məsuliyyətli və əhəmiyyətli olduğunun göstəricisidir.
A4+ (240 mm x 320 mm), A5+ (160 mm x 230 mm), diplomat (110 mm x 220 mm) və s., ölçülərdə, 100, 200, 300, 500 və s. say üzrə 110 qr.kağızda, rəngli və ya ağ qara çap ilə hazırlanır.
Vizitkart – ofset çapı
350 qr. matt kağızda, 500 və 1000 ədəd olmaqla ikiüzlü rəngli çap və matt laminasiya olunur
Flayer şirkətinin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və ya xidmət sahələri ilə bağlı kiçik məlumat əldə etmək üçün istifadə edilən reklamdır. Flayerin ölçüsü kiçik olduğundan məlumat həcmi bir qədər yığcam olur.
Flayer (210 mm x 100 mm)
210×100 mm ölçüsündə, ikiüzlü, rəngli çap, görünüşdən asılı olaraq 130 qr. – 350 qr. növ kağızlarda 1000, 5000, 10.000, və s. deyin çap olunur. Eyni zamanda istəkdən asılı olaraq xüsusi kəsimlə mümkündür.
Kataloq şirkətin tanıtımı, onun istehsal etdiyi məhsullar haqqında və ya xidmət sahələri ilə bağlı daha ətraflı məlumat vermək üçün istifadə olunan reklamdır. Kataloqun ölçüsü daha çox A4 formatında olur və səhifələrin sayı məlumatın həcmindən asılı olaraq dəyişir. Lakin zövqdən asılı olaraq istənilən ölçüdə dizaynın hazırlanması mümkündür.
Kataloqun üz qabığının kağızının çəkisi 250 qr., 300 qr. kağızda, matt və ya parlaq laminasiya, istəkdən asılı olaraq seçmə lak, iç vərəqləri 130 qr., 150 qr. kağızda, ikiüzlü rəngli olur, son olaraq səhifə sayından asılı olaraq stepler və ya termoyapışqan üsulu ilə bərkidilir.